Azərbaycanda gulençilərə cinayət işi açılıb

Fethullah Gulen

-

Azərbaycanda türkiyəli ilahiyyatçı Fethullah Gulen tərəfdarlarına qarşı cinayət işi açıldığı bildirilir.

“Fethullah Gulen-in terrorçu təşkilatı tərəfdarlarının Azərbaycanda qanunsuz hərəkətlərini önləməkdən ötrü Baş Prokurorluq cinayət işi açıb”, prokurorluğun sözçüsü “Frans Press” agentliyə deyib.

Sultanov deyib ki, iş üzrə istintaq əməliyyat tədbirləri aparılır, amma detalları açıqlamayıb. İstintaqa neçə nəfərin cəlb olunduğu da bəlli deyil.

Türkiyə hakimiyyəti Birləşmiş Ştatlarda yaşayan Guleni 15 iyul dövlət çevrilişinə cəhdin arxasında durmaqda suçlayır. Gulen bunu qətiyyətlə təkzib edir.

Azərbaycanda Gulen-lə müsahibə yaymağı planlayan ANS televiziyası, eləcə də bu hərəkəta bağlı olduğu bildirilən “Qafqaz” universiteti qapadılıb.

Gulen-in Hizmet hərəkatı bir neçə keçmiş sovet respublikasında məktəblər açıb və həmin müəssisələri maliyyələşdirir. Gulençilər deyirlər ki, niyyətləri mötədil islam və yaxşı təhsil yaymaqdır.