Son illər Azərbaycana pul köçürmələrinin azaldığı bildirilir.
«Turan» İnformasiya Agentliyi Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin yanvar-iyun aylarında Azərbaycana 423 milyon dollar pul köçürülüb.
Xəbərdə qeyd edilir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 22.5, 2014-cü illə müqayisədə isə 47 faiz azdır.
Ekspertlərin fikrincə, bu azalma Azərbaycana pul göndərilən əsas ölkələrdə (Rusiya, Qazaxıstan, Ukrayna) əlverişsiz iqtisadi vəziyyətlə bağlıdır.