Azərbaycanlı rəssamın əsəri Yaponiyada 50 min dollara satılıb

Azeri painter Vugar Muradov.

-

Azərbaycanın tanınmış rəssamı Vüqar Muradovun “Nar” adlı sənət əsəri Tokioda keçirilən “Tokio İnternational Art Fair” yarmarkasında 50 min dollara satılıb.

Bu barədə AZƏRTAC-a rəssam özü məlumat verib. O qeyd edib ki, həmin əsəri vaxtilə 7 min dollara satıb.

Qeyd edək ki, hazırda rəssamın əsərləri Antalyada keçirilən “Expo 2016” rəsm sərgisində nümayiş olunur.

Lüksemburq və Vaşinqtonda da tanınmış rəssamın əsərlərindən ibarət sərgilər açılıb.