Rövşən Lənkəranski niyə sevilir

Rövşən Lənkaranski

-

Şərif Ağayar

Rövşən Lənkəranskini sevməyin sirri

İgid adamlar həmişə yaxınlarına, dostlarına fəlakət gətirir, ağrı-acı yaşadır.

Bunun müqabilində biz onları sevirik, hamıdan üstün tuturuq.

Niyə yetənə yaltaqlanıb, gücün qarşısında əyilib özünə və ətrafına gün ağlayan insanları deyil, öz əyilməzliyi ilə həmişə problem yaradan insanlara bu sevgini bəsləyirik?

Bu barədə düşündünüzmü heç?

Mən düşündüm.

Çünki, bu mövzuda “Haramı” adlı roman yazmışam.

Bu gün, haqqın dərgahına qovuşan Rövşən Lənkəranskiyə bəslənən münasibətdəki mübahisəli məqamlar da bu barədə geniş düşünməməyimizlə bağlıdır.

O niyə sevilir?

Çünki igiddir.

Bəs igid niyə sevilir?

“Bir yerdə dinc durmayan”, “Qabağından yeməyən” bu adamlar niyə bu qədərə hörmət-izzət sahibidirlər?

Buna da bax: "Rövşən Lənkəranski torpağa tapşırıldı [Fotolar]"

Əslində, cavab çox sadədir.

İnsan həm də ruhani varlıqdır.

Və insanın bu dünyadakı ən böyük missiyası Tanrının (ateistlər üçün Kosmosun) əmanət verdiyi bu ruhu qoruyub sağ-salamat onun hüzuruna qaytarmaqdır.

Kim dünya cifəsi və ötəri məqsədlər üçün bu ruhu korlayırsa ona qəzəblənirik, kim korlamırsa, cismani qorxular və tamah qarşısında əyilməyib ruhu hər şeydən uca tutursa, onu sevirik.

Bu proses düşüncədən əvvəl şüuraltında gedir.

Çünki insanlar bizim ruh şəriklərimizidr və onlar alçaldıqca, şərəfsiz hərəkətlər etdikcə bir az da bizi kirlədir, ləyaqətli, qorxmaz olduqca, heç bir şərt altında inandığı həqiqətdən dönmədikcə, ruhuna xəyanət etməyib onu uca tutduqca bir az da bizi ucaldırlar.

Nə düşünməklə, nə etməklə deyil, düşündüyünə nə qədər inanıb, onun uğrunda hansı ağır sınaqlardan çıxmaqladır.

Mən yazıçıyam, düşünməliyəm; ədəbiyyat uğrunda həqiqətə haracan sadiq qala bilərəm?

Və bu gün ölümü ilə Azərbaycan gənclərini ehtizaza gətirən Rövşən Lənkəranski öz həqiqəti üçün haracan getdi?

Şərif Ağayar

Bu kontekstdə müqayisə oluna bilərikmi?

Bax budur məsələ...

Və məncə, ən əsas məsələ...

kulis.lent.az