Beynəlxalq idman arbitiraj məhkəməsi rusiyalı paralimpiyaçıların apellyasiya şikayətini rədd edib.
Məhkəmə beləliklə komandanın Rio Olimpiadasına buraxılmaması ilə bağlı qərarı qüvvədə saxlayıb və Beynəlxalq paralimpiya komitəsinin qərarında elə bir prosedur pzuntu görməyib.
Beynəlxalq paralimpiya komitəsi bundan əvvəl, Beynəlxalq antidopinq agentliyinin hesabatına əsasən Rusiya millisinin bütün üzvlərini yarışlardan kənarlaşdırmışdı.
Qərarda 35 rusiyalı idmançının dopinq testinin müsbət çıxdığı, sonradan isə itdiyi və ya dəyişdirildiyi bildirilir.
Millidə isə 270 idmançı var.
Rusiya paralimpiya komitəsinin rəhbəri Vladimir Lukin bundan əvvəl bildirmişdi ki, təmiz idmançıların yarışlardan kənarlaşdırılması insan haqlarının kobud şəkildə pozulması olacaq.
Paralimpiya oyunları sentyabrın 7-də başlayır.