-
Fransada mənzillənən Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) aparıcı üzvü Faiq Əmirlinin həbsini pisləyir. “Azadlıq” qəzetinin maliyyə direktoru olan Əmirli dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etməkdə və milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınmasında ittiham edilir. Onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
RSF avqustun 24-də yaydığı bəyanatda Əmirliyə qarşı “gülünc ittihamları” ləğv etməyə çağırır. Polis Əmirlinin maşınından ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gulen-in kitablarını tapdığını deyir, amma özü bunu təkzib edir.
“Erdogan-ın “gülençi ovu”ni mənimsəyən Azərbaycan hakimiyyəti tənqidçilərinə qarşı yeni təzyiq kampaniyası başlatmağa bəhanə tapıb”, bunu RSF-in Şərqi Avropa və Orta Asiya bölümünün rəhbəri Johann Bihr deyir.
Türkiyə hakimiyyəti Gulen-i 15 iyul çevriliş cəhdinin arxasında durmaqda suçlayır, Gülen həmin hadisəylə əlaqəsi olmadığını bildirir.