İŞID uşaqları necə səfərbər edir

İntiharçı uşaq. Şəkli İslam dövləti sosial şəbəkələrdə yayaıb. (Arxiv)

-

Bu həftə dünya bir daha balaca uşağın İŞID tərəfindən bombalı terrorçu kimi istifadəsinin şahidi oldu.

Xəbər verildiyinə görə Türkiyənin Gaziantep şəhərində 12-14 yaşlı gənc toy mağarını üzərinə geydiyi bomba ilə partlatdı. Nəticədə 54 nəfər həlak oldu.

Ondan bir gün sonra Kərkükdə şiə məktəbini partlatmaq istəyən uşaq yaxalanmışdı.

Mia Bloom Washingtonpost qəzetində yazır ki, John Horganla mən kitabımız (“Balaca silahlar: Uşaqlar və terror”) üçün araşdırma apardığımız müddətdə uşaqların necə İŞID-a cəlb olunduğunu öyrənmiş olduq. Bizim həm də Pakistanda terrorçu kamplarından xilas edilən uşaqlarla görüşmək və söhbət etmək imkanımız da olub.

Qrupların uşaqları terrorizmə necə cəlb etməsində əsas iki fərq var. Terrorçu qruplaşmalardakı uşaqlar və uşaq əsgərlər arasındakı fərqi yaradan əsas amil bu uşaqların terrora necə cəlb olunması və bunda ətraf mühit və valideynlərin oynadığı roldur. Bu fərqləri bilmək bizə travmalı uşaqlara ən sağlam yanaşma yolunu tapmaqda kömək edir. Bundan əlavə biz onu da bilə bilirik ki, hansı uşaqlar reabilitasiya oluna bilər, hansılar isə gələcəkdə cinayətə meyillənə bilərlər.

Biz iki ilə yaxın “Xilafətin uşaqları” və “Ashbal al-Khilafah” qruplarını izləyib onların uşaqları necə yetişdirildiklərini öyrənmişik.

Suriya bölünəndən bu yana faktiki olaraq qruplaşmanın məktəblərə və məscidlərə nəzarət etdiyi güman edilir. Baxmayaraq ki, məktəblərdə əvvəlki müəllimlər işləməyə davam edir, ancaq onlar indi qız-oğlan olaraq bölünmüş siniflərdə İŞID-ın tərtib etdiyi tədris planına uyğun dərs keçməlidilər. Valideynlər uşaqlarını məktəbə göndərməyə davam edirlər. Bu həm də məcburiyyətdir. Bundan qaçmaq istəyənlər bütün ailəni böyük risk qarşısında qoyurlar. Onlar ailənin evini əlindən ala və onları ərzaq və qorumasız qoya bilərlər.

Buna da bax-'Arvadım İŞİD-ə qoşulub'

Sizin brauzer HTML5-i dəstəkləmir

"Arvadım İŞİD-ə qoşulub"

Bu məktəblərdə uşaqlar İslam Xilafətinin ideologiyasını öyrənirlər. Tədris planı ideyaların uşaqlara yeridilməsi məqsədi güdür. O, məktəb daxilində uşaqları bir-

birinə yaxınlaşdıraraq qardaşlıq qrupu yaradır və uşaqlar burdan təlimçilər vasitəsilə “Xilafətin uşaqları” qrupuna seçilirlər. İslam dövləti elə bir şərait yaradır ki, uşaqlara “xilafətin uşaqları” qrupuna düşmək çox arzu olunan nadir şans kimi gəlir. Ora qəbulu sıxlaşdırmaqla, onlar rəqabət yaradırlar.

Uşaqlar orda manipulasiya edilir və beyinləri yuyularaq ideyalar qəbul etdirilir. Bizim Pakistandakı təcrübələrimiz onu deməyə əsas verir ki, uşaqlar ideologiyanı başa düşmürlər, onlar sadəcə özlərindən böyüklərin dediklərini təkrarlayırlar, ancaq onlarda heç bir radikallaşma hissi olmur.

Sahibsiz uşaqların, yetimlərin, küçədən və qaçqın kamplarından götürülən uşaqların hərbçilər tərəfindən istismar olunub-olunmaması da sual olaraq qalır. Bu cür uşaqlar o mənada daha riskli vəziyyətdədilər.

Buna da bax: Avropalılar həm İŞİD-ə, həm də gücdən istifadəyə qarşıdır

Bloom daha sonra yazır ki, Şri lanka təcrübəmizə görə 2002-ci ildə terrorçular əsasən məktəblərdən seçirdilər uşaqları. Ona görə orda analar uşaqlarına evdə dərs deyirdilər ki, məktəbdə onlar hərbçilərin əlinə keçməsinlər.

Keçən həftə İraqda şiə məktəbini partlatmaq istəyən uşaq da, polisin sualı qarşısında donub qalmışdı və ağlayıb təslim olmuşdu. Təcrübə göstərir ki, məcbur olunmuş uşaqlar özlərinin daha tez ələ keçirilməsinə çalışırlar.

Uşaqların bu qruplaşmalara qoşulmasında valideynlər də bəzən rol oynayırlar. Onlar bu qruplaşmaları dəstəkləyir və uşaqlarını ora həvəsləndirirlər. Bəzənsə, məsələn Pakistanda onlar Talibanın pul yığan adamlarına verməyə heçnəyi olmayanda əvəzində onların uşaqları istənilir.