-
Özbəkistan Prezidenti Islam Karimovun səhhəti barədə ziddiyyətli məlumatların yayıldığı bir məqamda qızı sosial mediada onun barəsində yazıb. Karimovun ikinci qızı Lola Karimova-Tillyaeva avqustun 31-də “Instagram” hesabında ictimaiyyətə “prezidentimizin tezliklə sağalmasından ötrü xoş arzularına və dəstək mesajlarına” görə təşəkkür edib.
Prezident qızı yazır ki, ictimai dəstək “bizə dünyanı verir və əminəm ki, səmimi xoş arzularınız onun sağalmasına kömək edəcək”.
Hökumət avqustun 28-də Karimov-un qansızmayla xəstəxanaya yerləşdirildiyini bildirib, o vaxtdan onun durumu barədə rəsmi açıqlama verilməyib.
“Fergana” xəbər agentliyi avqustun 29-da onun öldüyünü yazsa da, digər media qurumları, eləcə də Rusiyanın Interfax agentliyi təkzib edib.
Rusiya Prezidenti Vladimir Putin-in sözçüsü Dmitry Peskov avqustun 30-da bildirib ki, Kremldə “yeni informasiya yoxdur” və Moskvanın Özbəkistan prezidentinin səhhəti barədə şərh verməsi düzgün olmazdı.