-
Sentyabrın 1-də Özbəkistan Sovet İttifaqından ayrılıb müstəqillik elan etməsinin 25-ci ildönümünü qeyd edir. Bu arada Prezident Islam Karimovun səhhəti, ölkəni kimin idarə etməsi barədə qeyri-müəyyənlik qalmaqdadır.
Hökumət avqustun 28-də onun səhhəti barədə rəsmi açıqlama yayıb, o vaxtdan informasiya verilmir. Bu səbəbdən Karimov-un varisinin posta hazırlanmsı barədə spekulyasiyalar artır. Avqustun 29-da prezidentin ölümü barədə məlumat yayılsa da, təsdiqlənmədi.
Özbəkistan müstəqilliyini elan edəndən Karimov-un idarəçiliyi altında olub.
Karimovun kiçik qızı Lola Karimova-Tillyaeva avqustun 31-də sosial mediada 78 yaşlı atası üçün edilən dualara görə təşəkkürünü bildirib.
Sentyabrın 1də Daşkənddə böyük konsert planlaşdırılırdı və prezident də ora qatılacaqdı. Amma konsert ertələnib, eləcə də digər mərasimlər məhdudlaşdırılıb.
Avqustun 31-də dövlət televiziyasında Karimov-un xalqa müraciəti oxunub.
Baş nazir Shavkat Mirziyaev avqustun 31-də Daşkənddə bir tədbirə qatılıb.