Sabahaddin Ali: Türk yazıçıları xalqın dərdini deyil, öz hiss və fikirlərini yazır

Türk yazıçısı Sabahaddin Ali

-

Oxu Zalı tanınmış Türk yazıçısı, biri Sabahattin Ali-nin 8 oktyabr 1935-ci ildə Türkiyənin “Varlıq” dərgisinə verdiyi müsahibəsini təqdim edir.

Sabahaddin Ali dünyaca tanınmış Türk hekayəçilərindəndir. O 1933 və 1948-ci illərdə yazıçı və jurnalist fəaliyyətinə görə iki dəfə həbs olunub, 1948-ci ildə Bolqarıstana qaçarkən sui-qəsdlə öldürülüb.

- Ədəbiyyata necə başladınız?

- Kitab oxuyaraq.

- İlk dəfə çap olunan yazınızı xatırlayısınız, o yazı çapdan çıxanda həyəcanlandınızmı?

– İnanın ki, yazının adını unutmuşam. Bir vilayət qəzetində çıxmışdı. Onu çap etdirmək üçün o qədər əlləşmişdim ki, çıxanda heç həyəcan keçirmədim.

Buna da bax: "Sadə bir iş gördüm, insandan bəhs etdim”

– Klassik yazıçılarımız yaxud şairlərimizdən kimi sevirsiniz?

– Əvəllər xalq şeirini çox sevirdim, özüm qəzəllər, "tərkibi-bəndlər" yazırdım, köhnə şairləri böyük maraqla oxuyurdum, oturub şeirlərin üzərində düşünürdüm . Bu gün hələ də oxuyub sevdiyim şairlər Füzuli və Qalib Dədə-dir

Sabahaddin Ali-nin 1933-cü ildə Sinop həbsxanasında yatdığı hücrəsi.

- Bəs dünya ədəbiyyatından?

- Çalışıram əlimdən gələn qədər xarici ədəbiyyatı izləyəm. Öz dövrlərində tanınmış keçmiş və indiki yazarları sevirəm. Xüsusilə sovet və amerika yazıçıları arasında yaradıcılığını izlədiyim romançılar var.

- Sizcə köhnə dövrümüzün ədəbiyyatının bu günə təsiri olubmu?

- Ədəbiyyat da hər ictimai hadisə kimi dövrünün məhsuludur. Hər dövr öldükcə o dövrə aid ədəbiyyat da aradan çıxır. Həmin ədəbiyyata maraq göstərənlər öldükcə o da ancaq filoloqların məşğul olduğu mətn yığınına çevrilir. Köhnə dövr ədəbiyyatın bu günki nəsil üzərində təsiri olduğunu deyə bilmərik. Onu da deyim ki, yeni dövr şairlərimiz xalqla münasibətdə və yazılarında özlərini keçmiş qəzəlxanlar kimi aparırlar . Hamısı özlərini eynilə keçmiş nəsillər kimi “sahibi-mezak” (hakimiyyət sahibləri) zümrəsinə aid edib, xalqın fövqündə dayanır, hamısı eynilə keçmiş dövrdəki kimi kütləni maraqlandıran məsələlərdən deyil, öz hiss və fikirlərindən yazmağa önəm verirlər. Bunun üçün onları bir özləri, bir də özlərinə bənzər əcayib tipli adamlar oxuyur və beləcə də qalacaq. Onlar gurultuyla axan həyat çayının ətrafında vızıldayan və suyu kirlədən ağcaqanadlardan başqa bir şey deyillər.

- Bu günki Türk ədəbiyyatını bəzən dağınıq hesab edirlər, siz onu necə sistemləşdirərdiniz?

- Bu gün ədəbiyyat deyilən yetkin bir şeyimiz yoxdur. Yaxşı yaxud pis yazan bir-iki yazıçımız var ki, bir-biriylə daim ixtilafdadır. İstər şeirdə olsun, istərsə də nəsrdə, mənim qarşıma çıxan modern türk ədəbi mətnləri hamısı dar düşüncəli və özündən müştəbehliyi aşıb xalqa doğru qalxa bilməyənlərə aiddir. Yaradıcılığında forma, ruh, fikir etibarıyla qüvvətli təsiri olan, çevrəsinə bir qrup toplaya bilən türk yazarını hələ ki, oxumamışam.

Buna da bax: "A. H. Tanpınar: "Azadlığın yoxluğuna tez öyrəşirik"

Sabahaddin Ali-nin Azərbaycanca çıxan kitabı.

- Bəs gənc nəslin ən qüvvətli şair və yazarları arasında kimləri görürsünüz?

- Bu boğucu mühitdə işıq kimi parlamaq istəyən və ədəbiyyatımızın qatili olan analarla döyüşən bir neçə gənc var. Ancaq hələlik ortaya gözlənilən qədər qüvvətli əsərlər çıxarmadıqları üçün ad çəkməyəcəm.

- Türkiyədə vüsət alan son dil cərəyanına münasibətiniz nədir?

- Kütlə ilə dil tapmaq və onunla bütünləşmək üçün atılan hər addım çətin və doğrudur.

Söhbətləşdi: İhsan Aygün Beşinci

Mənbə: Sabahattin Alinin: “Markopaşa Yazıları ve Ötekiler” – kitabı.