İranlı rejissor Venesiya film festivalının mükafatını alıb

İran rejissorları Amir Naderi və Mohsen Makhmalbaf Venesiya film festivalının direktoru ilə birlikdə.

-

Amerikada yaşayan İran mənşəlli rejissor Amir Naderi 73-cü Venesiya film festivalında "Jaeger-LeCoultre Glory" mükafatını alıb. Mükafat ona müasir kinoya orijinal və innovativ yeniliklər gətirdiyi üçün verilib.

Mükafatın təqdim edildiyi Sala Grande (Palazzo del Cinema) adlı salonda əvvəlcə Naderi-nin bu il çəkdiyi "Monte" adlı filmi göstərilib.

Venesiya film festivalının rəhbəri Alberto Barbera deyib ki, "Naderi 1970-1980-ci illər arasında nəzərəçarpan işləri ilə müasir İran filminə böyük töhfələr verib"

Buna da bax: "A. Kiarostami onu məşhurlaşdıran filmindən danışır"

İranlı rejissor Amir Naderi.

Naderi-nin yeni filmi "Monte" ailəsi elektrik enerjisinə həsrət qalmış gəncin yaşadığı kəndə günəş enerjisi gətirməsinə həsr olunmuş dramatik filmdir.

Amir Naderinin dünyaca məşhur filləri arasında Harmonica (1970), "Qaçışçı" (1985), "Səs bariyeri" (2005) və "Kəs" (2001) var.

Xatırladaq ki, Amir Naderinin aldığı "Jaeger-LeCoultre Glory" mükafatı 2006-cı ildən bəri verilir və indiyə kimi bu mükafatı Takeshi Kitano, Abbas Kiarostami, Sylvester Stallone və s. kimi tanınmış rejissorlar alıb. Mükafat müasir filmin inkişafına təkan verən rejissorlara təqdim edilir.