Cəlilabad bağlarında üzüm yığan qapalı üzlər

Məhsul yığımı iki mərhələdə aparıldığından indi bağlarda daha tez yetişən üzüm yığılır.

İndi bağlarda süfrə üzümü yığılır.

Ötən il üzümün ilkin yığımı zamanı qiyməti 1 manat 50 qəpik olub.

Təsərrüfatın 38 hektar süfrə və 20 hektar texniki sort üzüm bağı var.

Bağlarda məhsul bolluğu fermerləri razı salsa da, bazardakı qiymət onların ürəyincə deyil.

 

Süfrə üzümü daha tez yığılır və təxminən 15 gün sonra texniki sort yığılmağa başlanır.

Üzümün qiyməti onun sortundan asılıdır.

Üzüm yığanların gündəlik əmək haqqı 7 manatdır.

Sovetlər dönəmində rayonda 27 min 789 hektar üzüm bağı olub.

Üzümün bir kiloqramı 1 manata, topdan satışı isə növündən asılı olaraq daha ucuza və fərqli qiymətlərlə satılır.

Ümumilikdə rayonda bu il üçün 1512 hektar üzüm bağı var.

Daha çevik işçilər bir günə 250-300 kiloqram üzüm yığa bilir.

Bəzi üzüm bağlarında Fransadan gətirilən ştillər becərilib və məhsul götürülür.

Satış üçün hazırlanan üzümlər sahədə qablaşdırılır və göndərilir.

 

Cəlilabad rayonunda yetişdirilən üzüm əsasən Bakı şəhərinin və ətraf rayonların bazarlarında satışa çıxarılır.

Sahibkar bildirir ki, üzümü yaxşı becərə bilsən, bir hektardan 50-60 ton üzüm yığmaq olar.

Fermerlərin əksəriyyəti üzümün bazar qiymətindən razı deyil. İlkin satış qiyməti 70 qəpikdir.

Günbatana doğru işçilər yığımı dayandırıb növbəti gün üçün bağları tərk edirlər.