Neftçi 0:8 hesabı ilə uduzandan sonra...

Neftçi klubu

Mükafat və bonuslar ləğv edilir

Topaz Premyer Liqanın IV turunda «Qəbələ» ilə qarşılaşan «Neftçi» 0:8 hesabı ilə məğlub olandan sonra sentyabrın 11-nə keçən gecə klubun Müşahidə Şurasının növbədənkənar iclası keçirilib.

Komandanın saytının məlumatına görə, iclas səhərə qədər davam edib.

Komandanın saytının məlumatına görə, iclas səhərə qədər davam edib.

İclasda qəbul olunan qərarlara görə, «Neftçi»nin yeni mövsümdəki nəticələri və yaydakı transfer siyasəti qənaətbəxş sayılmayıb: «Bu transferlərin reallaşdırılmasında rolu olan şəxslər ciddi şəkildə cəzalandırılacaq və tutduğu vəzifədən kənarlaşdırılacaq. «Neftçi» PFK-nın hazırkı əsas heyətində ciddi islahatlar aparılacaq. Əsas komandanın məşqçi heyəti və klubun inzibati heyəti dəyişdiriləcək. O cümlədən klub və komanda heyətinin maaşlarına yenidən baxılacaq, eyni zamanda mükafat və bonuslar ləğv ediləcək».

Komanda azarkeşləri bu çətin vaxtlarda «Neftçi»yə dəstək olmağa da çağırıb.