Erməni milyarderin çəkdirdiyi "genosid" filmi dünyaya göstərilir

"Vəd" filmindən bir kadr.

-

Sentyabrın 11-də 41-ci Toronto Beynəlxalq Film Festivalında 1915-ci ildə Osmanlı İmperiyasının ərazisində baş verdiyi iddi edilən "Erməni qırğını" haqda film göstərilib.

Amerikan mənşəlli erməni iş adamı Kirk Kerkorian-ın arzusu və maddi dəstəyi ilə ərsəyə gələn "Vəd" filmi Hollywoodun tanınmış rejissoru Terry George tərəfindən çəkilib. "Ruanda oteli" filminə görə Oskar almış rejissor Terry George "erməni qırğınına" həsr olunmuş filmini 2015-ci ildə çəkməyə başlayıb və 2016-cı ildə artıq filmin çəkilişi başa çatıb.

Buna da bax: "1915-ci il olayını kim necə adlandırır?"

Filmdə Birinci dünya müharibəsi ərəfəsində baş verən bir sevgi əhvalatı və onun fonunda son günlərini yaşayan Osmanlı İmperiyasında ermənilərə qarşı qırğınlardan bəhs olunur. Filmin əsas qəhramanları Tibb Univerisitetinin tələbəsi erməni oğlan Maykl, erməni qızı Ana və Amerikalı jurnalist Kristdir.

Filmdə əsas rolları məşhur Hollywood aktyorları Christian Bale, Oscar Isaac, Charlotte Le Bon, Shohreh Aghdashloo və Rade Serbedzija oynayırlar.

Terry Georg-un çəkdiyi "Vəd" filminin trayleri.