Yaxın illərdə neft elə 30 dollar ola bilər

Arxiv fotosu

Rusiyanın Maliyyə Nazirliyi yaxın illərdə neftin qiymətinin 30 dollar olacağı senarisini tamamilə real sayır.

Rusiya maliyyə nazirinin müavini Maksim Oreshkin bunu Fitch reytinq agentliyinin illik konfransında deyib.

O bildirib ki 2017-2019-cu il dövlət büdcəsi layihəsində neftin qiyməti 40 dollardan götürülüb. Onun sözlərinə görə, indiki 50 dollarla müqayisədə daha aşağı qiymətin götürülməsi büdcəni stress ssenarisinə hazırlamaq üçün daha münasibdir.

Ancaq neftin qiyməti 30-a da düşə bilər. Onun sözlərinə görə, bu, stress senarisidir və ehtimalı böyükdür. Bu ilin ilk ayında Rusiyanın neft ixracından gəliri 30 faiz azalıb və 39 milyard dollara düşüb. Keşən il Rusiya eyni dövrdə neft satışından 56 milyard dollar qazanmışdı.