2016-nın yanvar-avqust ayları: Azərbaycanın ticarət balansında nə yenilik var?

Gömrükdən keçən mallar

Xarici ticarət azalıb

2016-nın yanvar-avqust aylarında Azərbaycanın xarici ticarətinin həcmi 11 milyard 330 milyon ABŞ dollar olub.

Dövlət Gömrük Komitəsinin bildirməsinə görə, bu keçən ilin analoji dövrünə nisbətdən 24.96 faiz azdır.

Komitənin bilgilərinə görə, idxalın həcmi 5 milyard 539 milyon ABŞ dolları olub (6.23 faiz azalma).

Buna da bax:​ Azərbaycan iqtisadiyyatında hər şey azalır - idxal da, ixrac da

Avqustda ixracın ümumi həcmi əvvəlki aya nisbətən 501 milyon dollar artıb. buna əsas səbəb təbii qaz ixracı olub.

İxrac isə 5 milyard 790 milyon ABŞ dollarına (37 faiz azalma) bərabər olub.

İxracda əsas neftdir

İxracda əsas yeri xam neft tutur – 71.93 faiz. Bundan başqa, Azərbaycandan kənara satılan mallar arasında təbii qaz – 10.93, neft məhsulları 4.08 , meyvə-tərəvəz isə 3.26 faiz yer tutub.

Azərbaycanın aldığı məhsullarda - idxalda isə əsas yeri maşın, mexanizm, elektrik aparatları və avadanlıqları tutur - 23.47 faiz. Yeyinti məhsulları idxalda 14.81, qara metallar və onlardan hazırlanan məmulatlar – 14.54 faiz təşkil edib.

Buna da bax:​ İqtisadçı: 'Ölkə qıtlığa doğru gedir' (Video)

Qaz avqust ayında artıma səbəb olub

Ancaq avqustda ixracın ümumi həcmi əvvəlki aya nisbətən 501 milyon dollar artıb. Bu göstərici 1.2 milyard dolları ötüb.

Ekspert Rövşən Ağayev deyir ki, buna əsas səbəb təbii qaz ixracı olub: «Belə ki, ilin 7 ayı ərzində ölkədən 141 milyon dollar dəyərində 926 milyon kubmetr qaz ixrac edilmişdi . Hər aya orta hesabla 135 milyon kubmetr düşür. Amma birdən-birə avqust ayında 500 milyon dollar dəyərində 3.1 milyard kubmetr qaz ixrac olunub. Avqust ayının qaz ixracının həcmi 7 aylıq ixracından az qala üç dəfə çoxdur».