Prezident pambıqçılarla görüşüb

İlham Əliyev

Sentyabrın 17-də prezident İlham Əliyev Sabirabad rayonuna səfər edib.

Prezident Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynovanın pambıq əkini sahəsində olub.

Xəbəri president.az saytı yayıb.

Prezident pambıqçılarla görüşüb söhbət edib. Daha sonra rayonda dövlət başçısının sədrliyi ilə pambıqçılığın inkişafı ilə bağlı müşavirə işinə başlayıb.

Bundan əvvəl İlham Əliyev ölkədə pambıqçılığın inkişafı ilə bağlı bu il tarlalardan 30 min ton pambıq yığılması təklifini verib. Gələn isə bu rəqəmin 100 min tona çatdırılması barədə danışıb.