Azərbaycan paralimpiyaçıları 11-ci medalı qazandı

Atletikanın nizə atma idman növündə iştirak edən Azərbaycan idmançısı İradə Əliyeva 42.58 metr nəticə göstərərək gümüş medala sahib olub., 17.09.2016

Rio-2016 Paralimpiya Oyunlarında Azərbaycan paralimpiyaçısı İradə Əliyeva gümüş medal qazanıb. O, nizə atma yarışlarının final mərhələsində 42.58 metr nəticə göstərməklə ikinci olub.

Azərbaycan yığmasının hesabında 1 qızıl, 8 gümüş, 2 bürünc medal var.

Bununla da Azərbaycan paralimpiya yığması 11-ci medalını qazanıb.

Azərbaycan yığmasının hesabında 1 qızıl, 8 gümüş, 2 bürünc medal var.

Komanda hesabında Azərbaycan yığması 47-ci yerdədir.

Rio Paralimpiya Oyunları sentyabrın 7-də başlayıb, sentyabrın 18-də başa çatır.