Saxlananlardan bir qismi hələ buraxılmayıb [yenilənir]

Milli Şuranın 17 sentyabr (2016) mitinqindən sonra 37 nəfər saxlanılıb...

Milli Şuranın 17 sentyabr mitinqindən sonra 37 nəfər saxlanılaraq Yasamal polisinə aparılıb.

Bu haqda AzadlıqRadiosu-na AXCP sədrinin müavini Gözəl Bayramlı məlumat verib. Onun sözlərinə görə, 4 nəfər 28-ci polis bölməsində, 4 nəfər 29-cu bölmədə saxlanılır. Digər 4 nəfər isə 26-cı bölməyə aparılıb. Onlardan 5-i sonradan buraxılıb. Saxlananlardan AXCP Gənclər Komitəsinin üzvləri Ruslan Qarayev, Elton Əliyev, Toğrul İbrahim, İlkin İsmayıllı, Nuru Nuruzadə hələ də buraxılmayıblar.

Buna da bax: Polislə mitinqçilər arasında gərginlik- [fotolar]

Mitinqdə saxlananlardan dördünün məhkəməsi olacaq.

Milli Şuranın sentyabrın 17-də keçirdiyi mitinqdən sonra polislə aksiyaçılar arasında qarşıdurma olub. Polis çoxlu sayda aksiyaçını və jurnalistləri saxlayıb. Sonradan onların bir neçəsi sərbəst buraxılıb. Ancaq hələ də saxlananlar var.

Buna da bax: [canlı] Milli Şuranın 17 sentyabr mitinqi

Mitinqdə saxlananlardan dördünün məhkəməsi olacaq

Sentyabrın 18-də saat 13:30-da Yasamal Rayon Məhkəməsində AXCP fəalları Nuru Nuruzadə, Ruslan Qara, Elton ƏliToğrul İbrahimlinin məhkəməsi olacaq.

Bu barədə "Turan"a vəkil Samirə Ağayeva bildirib.

Bakı şəhər Baş Polis İdarəsinin məlumatına görə, aksiyaçılar asayişi pozduqları üçün saxlanılıb.

Onlar Milli Şuranın 17 sentyabr mitinqindən sonra saxlanılaraq Yasamal rayon 29-cu polis bölməsinə aparılmışdı.

Buna da bax:

Sizin brauzer HTML5-i dəstəkləmir

Mitinq sonrası saxlananlardan bəziləri sərbəst buraxılıb