Nazir BMT Baş Məclisində Ermənistandan danışdı

Elmar Məmmədyarov

“Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərdən 6-nı özündə birləşdirən nadir layihə olan Cənub Qaz Dəhlizini (CQD) reallaşdırmaqla regional enerji əməkdaşlığının daha da genişləndirilməsinə sadiqdir. Bu layihənin komponentlərindən biri olan Trans-Anadolu Kəmərinin (TANAP) tikintisi hazırda davam etdirilir. Bu ilin may ayında CQD-nin digər mühüm komponenti olan Trans-Adriatik Kəmərinin (TAP) Saloniki şəhərində təməlqoyma mərasimi uğurla həyata keçirilib”.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bunu BMT Baş Məclisinin 71-ci sessiyası çərçivəsində QDİƏT-ə Üzv Dövlətlərin Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında çıxışı zamanı deyib.

“Qonşu Ermənistanın Azərbaycanın ərazilərinin 20 faizini işğal etməsi regional əməkdaşlıq və dayanıqlı inkişafa ciddi təhdid təşkil edir".

Nazir bildirib ki, regional əməkdaşlıq çərçivəsində işbirliyindən ötrü geniş imkanların olmasına baxmayaraq, sülh və təhlükəsizliyə olan çağırışlar, hələ də, regionun davamlı inkişafına əngəl yaradır: “Qonşu Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini işğal etməsi regional əməkdaşlıq və dayanıqlı inkişafa ciddi təhdid təşkil edir. Ermənistan hərbi qüvvələrinin Azərbaycanın ərazilərindən çıxarılması, qaçqın və məcburi köçkünlərin öz evlərinə geri qayıtması nəinki Cənubi Qafqazda sülhə töhfə verəcək, həmçinin bütövlükdə QDİƏT regionunda tam əməkdaşlığın genişləndirilməsinə imkan yaradacaq”.

Buna da bax:​ «Ən yaxşı mövqedə elə prezident Əliyevdir»

TANAP və TAP Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsidir. Bu layihə “Şahdəniz” qazının Avropaya nəqlini təmin edəcək.

TANAP və TAP Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsidir. Bu layihə “Şahdəniz” qazının Avropaya nəqlini təmin edəcək.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Buna da bax:​ TANAP-a İran və İraq qazı vurula bilər

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı 1992-ci ildə yaradılıb.

BMT Baş Məclisinin 71-ci sessiyası sentyabrın 13-də başlayıb. Sessiya sentyabrın 26-na kimi davam etməlidir.