Taleh Bağırovun müavininin həbs müddəti uzadıldı

Taleh Bağırovun müavini Elçin Qasımov

Sentyabrın 23-ü “Müsəlman Birliyi” Hərəkatının sədri, Taleh Bağırovun müavini Elçin Qasımovun Nəsimi Rayon Məhkəməsində istintaq müddətinin uzadılması ilə bağlı işə baxılıb.

“Azadliq.info” xəbər verir ki, hakim Babək Pənahovun rəhbərliyi ilə keçirilən məhkəmədə Elçin Qasımovun istintaq müddəti daha iki ay müddətinə uzadılıb.

Elçin Qasımov ötən ilin noyabrın 5-də həbs edilib.

O, İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsini pozmaqda günahlandırılıb və 30 gün müddətinə inzibati həbs cəzası alıb.

Buna da bax:​ Taleh Bağırov: 'Məni öldürəydi, toka verəydi...'

Məhkəmədə Elçin Qasımovun istintaq müddəti daha iki ay müddətinə uzadılıb.

Daha sonra Nəsimi Rayon Məhkəməsinin qərarı ilə E.Qasımov barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib.

E.Qasımov barəsində Cinayət Məcəlləsinin 221.2.2 (Xuliqanlıq, hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək) və 315.1 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmək) maddələri ilə cinayət işi başlanılıb.

Elçin Qasımov saxlandıqdan sonra, onlarla dindar Sabunçu Rayon Polis İdarəsinin qarşısına toplaşaraq onun azadlığa buraxılmasını tələb edib. Həmin vaxt da saxlananlar olub.

Elçin Qasımov saxlandıqdan sonra, onlarla dindar Sabunçu Rayon Polis İdarəsinin qarşısına toplaşaraq onun azadlığa buraxılmasını tələb edib. Həmin vaxt da saxlananlar olub.

Bundan bir qədər sonra, noyabrın 26-da Daxili İşlər Nazirliyi Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Həmin vaxt ikisi polis olmaqla altı nəfər həlak olub. Hərəkatın 15 üzvü, o cümlədən rəhbəri Taleh Bağırov həbs olunub.

Buna da bax:​ ‘Əlini çiynimə qoyub dedi ki, ‘ölmədiyinə görə sevinmə’’

Onlar qətildə, hakimiyyətin ələ keçirilməsinə cəhddə və digər ağır cinayətlərdə ittiham olunurlar. Həbs edilənlər məhkəmə zamanı bildiriblər ki, bir neçə gün ərzində onlara işgəncə veriblər, müxalifətlə birlikdə ölkədə çevriliş hazırladıqlarını etiraf etməyə vadar ediliblər.

“Müsəlman Birliyi” Hərəkatı ilə bağlı ümumilikdə 70-dən çox şəxsin həbs edildiyi bildirilir.

Ancaq məhkəmədə ifadə verən Daxili İşlər Nazirliyinin Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları işgəncələrlə bağlı iddiaları təkzib ediblər.

Qeydə alınmayan “Müsəlman Birliyi” Hərəkatı ilə bağlı ümumilikdə 70-dən çox şəxsin həbs edildiyi bildirilir.

Onların bir çoxunun ayrı-ayrı qruplar şəklində məhkəməsi gedir. Daha yüngül ittihamlarla üzləşənlərdən bəzilərinin məhkəməsi başa çatıb. Onlardan 1 il 6 aydan 6 il 6 aya qədər həbs cəzası alanlar var.