Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 25-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Referendumu Dəyərləndirmə Missiyası nümayəndə heyətini qəbul edib.
AzərTAC xəbər verir ki, İlham Əliyev həmin gün 25-də Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavini, MDB Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri İlyas Umaxanovla da görüşüb.
Avropalı və rusiyalı nümayəndə heyəti Azərbaycana sentyrabrın 26-da keçiriləcək referendumu müşahidə etmək üçün gəliblər.
Avropalı və rusiyalı nümayəndə heyəti Azərbaycana sentyabrın 26-da keçiriləcək referendumu müşahidə etmək üçün gəliblər.
AzərTAC hər iki görüşdə müzakirə olunan məsələlər barədə detallı məlumat verməyib.
Buna da bax: AŞPA referenduma missiyasını göndərir
Sentyabrın 26-da keçiriləcək referendumda Konstitusiyaya dəyişikliklərdə prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması, prezidentə parlamenti buraxmaq və yeni seçkilər təyin etmək hüququnun verilməsi, birinci vitse-prezident və vitse-prezident institutunun tətbiqi, parlament üzvlüyünə və prezidentliyə namizədlərə yaş senzinin aradan qaldırılması və s. nəzərdə tutulur.
Bəzi ekspertlər hesab edirlər ki, Konstitusiya dəyişiklikləri ölkədə avtoritarizmi gücləndirəcək, özəl mülkiyyətə problemlər yaradacaq.