Məhərrəm ayının başlanması ilə bağlı sentyabrın 27-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) keçirilən tədbirdə Şeyxülislam Allahşükür Paşazadə ölkədə dini televiziyanın yaradılması təklif edib.
A.Paşazadə deyib ki, hətta bu barədə dövlət başçısı İlham Əliyevlə söhbəti də olub.
QMİ sədri bu televiziyada çalışa bilməkdən ötrü jurnalistlərə dini kursların açılmasını da təklif edib.