Məsciddə partlayış olub

Məscid

Almaniyanın Drezden şəhərində məsciddə iki partlayış olub. Yaralanan yoxdur.

Yerli polisin verdiyi məlumata görə, partlayış sentyabrın 27-də, axşam saatlarında baş verib. Tədqiqatçılar hadisə yerindən evdə hazırlanmış partlayıcı hissələri tapıblar.

Partlayışa görə məsuliyyəti üzərinə götürən yoxdur. Rəsmilər Drezdenin bütün məscidlərində təhlükəsizlik tədbirləri görüldüyünü bildiriblər.