OPEC üzvləri son 8 ildə ilk dəfə olaraq neftin hasilatının dondurulmasıyla bağlı ilkin razılığa gəliblər. Nəticədə dünya bazarlarında neftin dəyəri bir qədər artıb.
Noyabrın 30-na təyin olunan toplantıda isə təşkilata üzv olan hər bir ölkəyə uyğun hasilat limiti müəyyən ediləcək.
Rəsmilər neftin bazarlarda yığılıb qalmaması üçün OPEC üzvü olmayan ölkələrin də dəstəyinə ehtiyac olduğunu deyirlər.
14 neft istehsalçısının birləşdiyi OPEC qlobal neft təchizatın 40%-ni idarə edə bilir. Amma Rusiya kimi nəhəng neft istehsalçısı təşkilata daxil deyil.
Hasilat, xüsusilə Birləşmiş Ştatlarda birdən-birə gücləndiyindən, neftin qiyməti son 2 ildə 2 dəfə aşağı düşüb. 2014-cü ildə neftin bir barreli 100 dolları keçmişdi, indi 50 dollardan aşağıdır.