Putin yeni Duma qarşısında çıxış edəcək

V.Putin

Oktyabrın 5-də Rusiya Dövlət Dumasının yeni tərkibinin ilk iclası keçirilir. Prezident Vladimir Putin deputatlar qarşısında çıxış edəcək.

Dumada yerlərin əksəriyyəti Putin-in Vahid Rusiya Partiyasınındır. Digər yerləri də Putin-in siyasətini dəstəkləyənlər-- Kommunist Partiyası, Rusiya Liberal Demokrat Partiyası və Ədalətli Rusiya Partiyasının təmsilçiləri tutub.

Rusiya Dövlət Dumasına seçki sentyabrın 18-də olub. Rəsmi məlumata görə, seçicilərin 50%-indən azı səsvermədə iştirak edib. ATƏT seçkinin qanun pozuntuları ilə müşayiət olunduğunu bildirib.