Terrorçuluqla mübarizədə qanunvericilik sərtləşdirilir

Milli Məclis

Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsində şübhəli bilinən aktivlərin dərhal dondurulması məqsədilə yeni qaydalar müəyyənləşdirilir.

APA bu xəbəri Milli Məclisə istinadən yayıb.

Xəbərə görə, bununla bağlı Mülki Prosessual Məcəlləyə yeni fəsil (Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması haqqında işlər üzrə icraat) əlavə edilir.

Yeni fəsildə əks olunan maddələrdə yoxlama zamanı terrorçuluğun maliyyələşdirilməsində aşkar olunan aktivlərin dərhal məhkəmə yolu ilə dondurulması və görüləcək tədbirlər təsbit olunub.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və oktyabrın 14-də müzakirəyə çıxarılacağı gözlənilir.