Alman cəmiyyətində nə qədər və nələr oxunur...

Almaniyada baş tutmuş Frankfurt kitab sərgisində kitab oxuyan qız, 2016-cı il.

-

İqtisadi böhranın gəlişi ilə onsuz da zəif olan kitab satışının azaldığı Azərbaycanla bağlı hər şey aydındır. Bəs dünyanın ən çox kitab oxuyanlarının yaşadığı Almaniyada vəziyyət necədir. Oxu Zalı alman "DW" xəbər agentliyinin Alman kitab bazarı ilə bağlı araşdırmasını təqdim edir.

Araşdırmadan məlum olur ki, Almaniyanın kitab bazarı dünya üzrə böyüklüyünə görə ABŞ-dan sonra ikincidir. Statistik məlumatlara görə 2015-ci ildə Almaniyada 76547 adda kitab çap olunub. Alman kitab sənayesinin illik gəliri isə nə az nə çox 9,2 milyard avrodur.Demək lazımdır ki, Alman kitab dükanlarında kitab elə də ucuz deyil: məsəlçün karton üzlü bir roman kitabının orta qiyməti təqribən 17 avrodur. Buna baxmayaraq almanlar kitaba pul əsirgəmirlər, hətta ölkənin kitaba ən çox pul xərcləyən insanlarının yaşadığı şəhər sakinləri də bəlli olub. Bu Reinland-Pfalz əyalətinin İngelheim-am-Rein şəhrinin sakinləridir. Bu şəhərin sakinləri ildə kitaba adambaşına 163 avro pul xərcləyirlər.

Buna da bax: Mədəniyyət Nazirliyi Frankfurt kitab sərgisinə yenə də əliboşmu gedir? [sorğu]

Əvvəl alman ekspertlər kitab bazarında elektron kitabların sürətli artımından narahat idilərsə, indi bu artım xeyli aşağı düşüb və proqnozlar özünü doğrultmayıb. Həmçinin araşdırma göstərib ki, alman cəmiyyətində kitab oxuyanlar əsasən qadınlardır, alman qadınlarının 43, kişilərinin isə 26 faizi ya hər gün, ya da həftənin bir neçə günü mütləq kitab oxuyur.

Almaniyada çox kitab çap olunmasına baxmayaraq, bu kitablar arasından çox azı kütləvi oxucu sevgisini qazana bilir. Hal-hazırda ən çox diqqət çəkən başlıca alman yazıçıları Eva SchmidtThomas Melledir. Eva Schmidtin “Uzun il” (Langes Jahr) romanı 2016-cı fevralında çıxıb və artıq əməlli-başlı məşhrlaşıb. Romanda melanxolik və bəlağətli bir dillə, ən kiçik detallarını belə unutmadan adi bir avropa şəhərinin gündəlik həyatı təsvir olunur. Romana daxil olan 38 kiçik novella oxucunun qarşısında böyük bir panorama açır.

Gənc alman yazıçısı Eva Schmidtin "Uzun yol" romanının üz qabığı, 2016.

Romanın baş qəhramanları itlərini gəzdirərkən bir-biri ilə tanış olan iki adamdır. Onlardan biri evli və xoşbəxt bir həyat yaşarkən digəri yalnızlıq çəkir. Əhvalat boyu cütlüklər yaranıb dağılır, qonşular ölür. Eyvan və pəncərələrdən bir-birlərinin həyatını izləməyi sevən qonşuların yaşadığı məhəllədə isə yeni itlər peyda olur...

Thomas Mellenin “Kürək arxasındakı dünya” (“Welt im Rücken”) kitabı isə bu keçən ilin avqustunda çıxıb və onu klassik mənada roman adlandırmaq olmaz. Kitabdakı hadisələr yazıçının həyatında baş vermiş gerçək hadisələrdir. Müəllif kitabı bir növ özü ilə üzləşmə məqsədiylə yazıb.

Buna da bax: Bir müəllifin Bakı kitab bazarı haqda araşdırması

Thomas Melle artıq uzun illərdir bipolyar affektiv pozuntudan əziyyət çəkir. Onun düşdüyü ilk maniyakal vəziyyət 1999-cu ildə baş verib. Bunun ardınca o dərin depressiyaya düşüb. Maniya və depressiyalar daim Tomasın həyatında bir-birini əvəz edib. O növbəti epizodun nə olacağını bilmir, özünü öldürəcəkmi, yoxsa yenidən sakit və xoşbəxt həyatın şəfəqləri üzünəmi vuracaq. Mellenin sözlərinə görə, bəhs olunan kitabı yazmaq ona keçmişlə hesablaşmaq və həyatından nəticə çıxarmağa kömək olub. Yazıçı keçirdiyi pozuntular nəticəsində dostlarını itirdiyini, həyatındakı qadınların ondan üz döndərdiyini və səhhətini qaydaya salmaq üçün daim dərmanlara ehtiyac duyduğunu deyir.