Azərbaycan və Rusiya müzakirələri

Gömrük

Gömrük

Oktyabrın 20-də Bakıda beynəlxalq avtomobil daşımaları sahəsində Azərbaycan-Rusiya Qarışıq Komissiyasının növbəti iclası başlayıb.

Xəbəri AZƏRTAC yayıb.

Azərbaycan nümayəndə heyətinə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayev, Rusiya tərəfinə isə Avtomobil və Şəhər Sərnişin Nəqliyyatı üzrə Dövlət Siyasəti Departamentinin direktoru Aleksei Bakirey rəhbərlik edir.

İclasda Azərbaycan ilə Rusiya arasında beynəlxalq avtomobil daşımalarının vəziyyəti, sürücülərin digər tərəfin ərazisində qalma müddətlərinin dəyişdirilməsi və «İcazə» blanklarının müəyyən edilməsi müzakirə olunur.