Gürcüstan Frankfurt kitab yarmarkasına iki nazirini göndərib

Frankfurt kitab yarmarkasında Gürcüstanın stendi. 2016-cı il.

-


Oktyabrın 19-da açılmış Frankfurt kitab yarmarkasında Gürcüstan höküməti iki nazirini göndərib. Kitab yarmarkasındakı gürcü stendinin açılışını Gürcüstanın Mədəniyyət Naziri Mikhail Giorgadze və Elm və Təhsil Naziri Alexander Djedjelava və Gürcüstan Milli Kitab Mərkəzinin rəhbəri Medea Metreveli ediblər. Bu haqda Gürcüstan Milli Kitab Mərkəzi məlumat yayıb.

Buna da bax: Medea Metreveli: İki ilə 100-dək gürcücə əsəri 20 dilə tərcümə etdirmişik

Gürcüstanın Mədəniyyət Naziri Mikhail Giorgiadze və Medea Metreveli Frankfurt kitab yarmarkasında alman naşirlərlə görüşür.

Xatırladaq ki, bu il dünyaca məşhur Frankfurt kitab yarmarkasının qonaqları Belçika və Niderlanddır. 2018-ci ildə isə Gürcüstan yarmarkada bu statusda çıxış edəcək. Gürcüstan Milli Kitab Mərkəzinin rəhbəri Medea Metreveli jurnalistlərə deyib ki: "Biz maksimum çalışmışıq ki, nəşriyyatlar, ədəbi agentlər və müəlliflik hüquqlarını qoruyan menecerləri ön plana çıxarmışıq ki, onlar xarici partnyorlara əsərləri yaxud layihələri təqdim edə bilsinlər. İstəyirik 2017-2018-ci illərdən gürcü yazarları maksimum yararlana bilsin, çünki 2017-2018-ci il gürcü-alman dostluğu ilidir, 2018-ci ildə isə biz Frankfurt kitab sərgisinin qonağı olacağıq".

Kitab yarmarkası çərçivəsində Gürcüstan Milli Kitab Mərkəzinin rəhbəri Medea Metreveli qonaqlara 2016-cı il Gürcü kitabları, 2016-cı il Gürcü uşaq kitabları və 2016-cı il Gürcü kitab bazarı tədqiqindən bəhs edən kataloqları paylayıb. Gürcüstan naşirləri və kitab satıcıları assosassiyasının rəhbəri Gvancha Javoba isə Avropalı partnyorlarına yarmarkada iştirak edən altı böyük gürcü nəşriyyatı haqda məlumat verib.

Buna da bax: Mədəniyyət Nazirliyi Frankfurt kitab sərgisinə yenə də əliboşmu gedir? [sorğu]

Frankfurt kitab yarmarkası dünyanın ən qədim yarmarkasıdır, onun yaşı 500 ili keçib. Onun əsasını Alman kitab naşiri İohann Guttenbergin qoyduğu deyilir. Yeni dövrdə kitab yarmarkası 1949-cu ildə yenidən canlanmağa başlayıb. O ildən bəri yarmarka hər il keçirilir.