-
İranın Təbriz şəhərində yaşayan azərbaycanlı rejissorlar Bəhmən və Bəhram Ərk qardaşlarının çəkdiyi "Soyuq" filmi Vatikanın maliyyə dəstəyi ilə Gürcüstanda təşkil olunacaq "Üçünücü Minillik" Beynəlxaq film festivalında yarışacaq. Festival noyabrın 4-dən 9-na qədər davam edəcək.
Azərbaycan dilində çəkilmiş 86 dəqiqəlik bu film bir oğlan uşağının həyatından bəhs edir. Ailəsinin maddi çətinliklərinə görə stress yaşayan oğlan uşağı özünü məktəbdə həmişə isladır. Oğlanın anası çılpaq oğlu onun çadrası altında gizlənir deyə, onu məktəbdən gətirəndə çadrasız gəlir.
Buna da bax: İranda Azərbaycan dilində "Soyuq" adlı film çəkilib
Xatırladaq ki, 2015-ci ildə çəkilmiş "Soyuq" filmi bundan əvvəl İranda keçirilmiş "Qızıl kəpənək" uşaq filmləri festivalında iki nominasiyada, Şanxay beynəlxalq film festivalında isə üç nominasiyada mükafat qazanıb.