Oktyabrın 27-də Mərkəzi Bankda (MB) Dövlət Neft Fondunun (DNF) da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.
MB-dən bildiriblər ki, hərracda 1 ABŞ dolları 1.6291 manat məzənnəsi ilə başlayıb və 1.6361 məzənnəsi ilə yekunlaşıb.
Oktyabrın 5-dən AMB manatın məzənnəsini yeni yolla müəyyən etməyə başlayıb. Bundan ötrü yeni hərrac mexanizmi də yaradılıb. Yeni mexanizm bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanını verir.
Sentyabrın əvvəllərindən manat dollara nisbətən möhkəmlənirdi. Son bir həftədə əksinə, dollar yenə manat qarşısında dəyər qazanır.