Amerika Mərkəzi Bankının - Federal Ehtiyat Sisteminin (İngiliscə qısaltması - FED) müddətli müqavilələrinə görə, Federal Açıq Bazar Komitəsinin (FOMC) noyabrın 2-də keçirilən toplantısında faiz artımına getmə ehtimalı 16 faiz dəyərləndirilib.
Digər tərəfdən müddətli müqavilələrə görə, FED yetkililərinin 2016-ci ilin sonuna qədər faiz artırma gözləntisi iyun ayından bu yana ən yüksək səviyyəyə çatıb. Bu, təxminən 70 faiz səviyyəsində dəyərləndirilir.
FOMC-un 13-14 dekabr tarixlərində daha bir toplantısı olacaq.
FED sonuncu dəfə ötən ilin dekabrında faiz artırmışdı.
Ekspertlər hesab edir ki, faiz artımı baş verərsə, bu, Azərbaycanda da dolların bahalaşmasına səbəb olacaq.