Oqtay Gülalıyevə xarici pasport verilmir

Oqtay Gülalıyev

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin barəsində cinayət işinin bağlandığı deyilsə də ona xarici pasport vermirlər.

Hüquq müdafiəçisi bildirib ki, iki həftə öncə Sabirabad polisi 2012-ci ildə ona qarşı başlanmış cinayət işini bağlayıb. Ona bildirilib ki, xaricə getməsinə heç bir əngəl yoxdur.

Ancaq bu gün, noyabrın 2-si hüquq müdafiəçisinin deməsinə görə, ASAN xidmət onun ölkədən çıxışına qadağanı əsas gətirərək pasport verməkdən imtina edib.

Buna da bax:​ Oqtay Gülalıyev yenidən Bakı polisinə çağrılıb

“Bu, belə hesab etməyə əsas verir ki, cinayət işinin bağlanması hakimiyyətin kələyidir. Onlar bu cür bəyanatı Mədən Sənayesində Şəffaflıq Təşəbbüslərinin oktyabrın 26-da keçirilən iclası ərəfəsində veriblər ki, Azərbaycana qarşı sanksiya götürülsün”, hüquq müdafiəçisi bildirib.

Hüquq müdafiəçisi xatırladıb ki, oktyabrın 14-də onu Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıblar və “Nardaran işi”ndə tutulanları müdafiə etməməyi tələb ediblər.

Hüquq müdafiəçisinə işarə ediblər ki, ona “düz yola qayıtmağa şans veriblər, əks halda cinayət işi daha ağır formada bərpa oluna bilər.

Məsələyə, hələlik, hüquq mühafizə orqanlarından şərh almaq mümkün olmayıb.

Buna da bax: ​Oqtay Gülalıyev sərbəst buraxılıb

Oqtay Gülalıyev 2012-ci il aprelin 8-də Sabirabadın Minbaşı kəndində saxlanılmışdı və inzibati qaydada 12 sutkalıq həbs cəzası almışdı. Aprelin 19-da ona qarşı CM-in 220.2 (kütləvi iğtişaş) maddəsi ilə cinayət işi açılmışdı.

Sabirabad Rayon Məhkəməsi Oqtay Gülalıyevin barəsində 2 ay həbs qətimkan tədbiri seçmiş və o, Bakıya İstintaq Təcridxanasına göndərilmişdi. 2012-ci il iyunun 13-də Sabirabad Rayon Məhkəməsi həbs qətimkan tədbirinin ləğv olunması və onun məhkəmə zalından azadlığa buraxılması barədə qərar vermişdi.

Oqtay Gülalıyev azadlığa buraxılsa da, onun işinin bağlanmadığı bildirilirdi.

Buna da bax:

Sizin brauzer HTML5-i dəstəkləmir

Oqtay Gülalıyev: 'İşarə etdilər ki...'