Noyabrın 12-dən 18-dək səhra şəraitində Azərbaycan Silahlı Qüvvələrində irimiqyaslı təlimlər keçiriləcək.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd edilir ki, prezident İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçiriləcək təlimlərdə məqsəd qoşunların və silahların idarə olunması sisteminin yoxlanılmasıdır.
Təlimlərə 60 mindən artıq şəxsi heyət, 50-dən çox təyyarə, helikopter, 150-dən artıq tank, zirehli texnika, raket və artilleriya qoşunlarının 700-dək sistemi cəlb ediləcək.