Hollywood ulduzları ABŞ-dakı seçkilərdən danışır

Leonarda Di Caprio mükafat alarkən.

Leonarda Di Caprio mükafat alarkən.

-

ABŞ-da hər il kerçirilən Hollywood Awardsın təqdimetmə mərasimində bir çox məşhur ABŞ aktyoru bu ölkədə kerçirilən seçkilərlə bağlı münasibətlərini bildiriblər.

Aktyor Robert de Niro çıxışında Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trump-ı Stanley Kubrickin "Doctor Strangeglove" filmindəki çılğın general Qarındeşən Jacka bənzədib.

Leonardo Di Caprio isə seçkiöncəsi debatlarda iqlim dəyişikliklərinin müzakirə edilməməsini "tamamilə qəbuledilməz" olduğunu bildirib və xalqı "elmə inananlara" səs verməyə çağırıb. "Gəlin vətəndaş kimi haqqımızdan istifadə edək və düzgün addımlar ataq".

Buna da bax: FBI-nin bəyanatı seçki kampaniyasının gedişini dəyişdirib

Aktyor və televiziya aparıcısı James Corden isə seçki kampaniyası zamanı baş verən qalmaqallar haqda danışıb:

"Bu gün burda hər şeyi saxtalaşdırırlar. Baş verənlər heç birisi gerçəklik deyil"

Xatırladaq ki, bu günlərdə Clintonla birlikdə onun seçkimarafonunda müğənni Beyonce və prodüser Jay-Z də çıxış ediblər və pulsuz konsert veriblər. Həmçinin basketbolçu James LeBron da seçkidə Clintona dəstək verdiyini deyib və bu dəstəyini Clintonun afroamerikalılar üçün daha böyük işlər görəcəyi ilə izah edib.