Moskva ABŞ-da keçirilən seçkiylə bağlı Vaşinqtona nota verdi

Sergei Ryabkov

“Moskva rusiyalı diplomatların ABŞ-da seçki məntəqələrinə girişinin əngəllənməsini qəbuledilməz sayır”.

Bunu noyabrın 8-də Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan edib.

O, artıq bununla bağlı ABŞ tərəfinə rəsmi nota göndərildiyini deyib.

Nazirliyin sözçüsü Mariya Zaxarova bundan əvvəl, Federal Tədqiqatlar Bürosunun seçki məntəqələrinə baş çəkmək istəyən rusiyalı diplomatlara təzyiq göstərməsi barədə məlumat yaymışdı.

Onun sözlərinə görə, bu hallardan biri Hyustonda baş verib, Federal Tədqiqatlar Bürosunun əməkdaşları baş konsulluğun maşınını blokadaya alıblar.

Sergey Ryabkov deyib ki, Moskva buna eyni üsulla cavab verəcək.

ABŞ-ın Rusiyadakı səfirliyi isə Rusiya xarici işlər nazirliyinin bəyanatının əsassız olduğunu bildirib.