Həbsdə olan sabiq müstəntiq Rüfət Səfərovun işi ilə bağlı xarici ölkələrin Azərbaycandakı səfirliklərinə, Avropa Birliyinə, Avropa Şurasına müraciətlər hazırlanıb. Səfirliklərdə, beynəlxalq təşkilatların nümayəndəliklərində görüşlərə başlanılır.
Bu barədə R.Səfərovun Hüquqlarını İctimai Müdafiə Komitəsinin noyabrın 11-də keçirilən iclasında bildirilib.
Müdafiə Komitəsinin rəhbəri Eldəniz Quliyev bildirib ki, komitəyə Prezident Administrasiyasından başlayaraq hüquq- mühafizə orqanları və digər qurumlardan təzyiqlər var.
Buna da bax: 'Üsyankar müstəntiq'i öz məhkəməsinə gətirmədilər
“Müdafiə Komitəsinin təsis edilməsi hökumət qurumlarına çox ciddi təsir edib”, - o vurğulayıb.
Basqıları təsdiqləyən vəkil Bəhruz Bayramov bildirib ki, artıq onun vəkillik fəaliyyəti ilə bağlı baş prokurorun birinci müavini Vəkillər Kollegiyasına müraciət edib.
“Müdafiə Komitəsinin birinci iclasından sonra Rüfət Səfərovla əlaqələrinə görə işdən azad edildiyi və bu səbəbdən ABŞ-da sığınacaq aldığı deyilən keçmiş prokuror mənimlə bağlı şikayət edib. Guya mən onu prokurorluğun əleyhinə bəyanat verməyə öyrətmişəm”, - B.Bayramov qeyd edib.
Buna da bax: Eldar Sabiroğlu: 'Rüfət Səfərovun saxlanma şəraiti dözülməzdir'
Vəkillər Kollegiyasına göndərilən məktubda vəkilin Qubadlı rayon prokurorunun keçmiş müavini Adil Məmmədovun adından mətbuata yalandan bəyanat verdiyi bildirilir. Vəkil isə deyir ki, bu barədə ondan öncə bəzi saytlar xəbər yayıb və bunu indi də təsdiq edirlər.
Hüquq müdafiəçisi Oqtay Gülalıyev R. Səfərovla bağlı iş aparıldığını, hüquq müdafiəçisi Leyla Yunus isə xəstə olmasına baxmayaraq, görüşlərində R.Səfərovun məsələsini qaldırdığını internet üzərindən diqqətə çatdırıb.
R.Səfərov keçmiş deputat, hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından olan Eldar Sabiroğlunun oğludur. E.Sabiroğlu ötən il Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ünvanına sərt çıxışlar edib.
Buna da bax: 'Qiyamçı müstəntiq'in anası: 'Rüfət kimi günahsızlar çoxdur'
Dekabrda R.Səfərov hüquq-mühafizə orqanlarının pis işinə görə hakimiyyəti açıq tənqid edib. O, prokurorluq orqanlarından çıxdığını bildirib. Öz növbəsində prokurorluq bəyan edib ki, R.Səfərov “prokurorluq işçisinə yaraşmayan hərəkətə” görə işdən çıxarılıb.
2016-cı il yanvarın 15-də R.Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də ev dustaqlığına buraxılıb. R.Səfərov ittihamı rədd edib və cinayət işinin sifariş olduğunu bildirib.
Bu il sentyabrın 8-i Lənkəran Ağır Cinayətlər Məhkəməsi R.Səfərovu 9 il azadlıqdan məhrum edib.
Buna da bax:
Sizin brauzer HTML5-i dəstəkləmir