Ermənistan mediası: Türkiyədən 50 milyonluq yardım gəlib?

arxiv fotosu

Joxovurd qəzeti yazır ki, gözlənilməz kəşf edib: 2015-ci ildə Ermənistan Türkiyədən humanitar yardım alıbmış. Özü də bu, rəsmi sənədlərdə əks olunub.

Milli Statistika Xidmətinin dərc olunmuş göstəricilərinıə görə, Ermənistan 2015-ci ildə Türkiyədən 5 min ton humanitar yardım alıb. Bu da 50 milyon dollarlıq yardımdır. Qəzet öyrənib ki, Ermənistanın Türkiyədən aldığı humanitar yardım kauçuk, plasmas, rezin və s. bu kimi məhsullar olub.

Qəzet yazır ki, burda qəribə və sual doğuran odur ki, Ermənistanın dövlət strukturları bu mövzuda ziddiyyətli məlumat verirlər.

Qəzetin sorğusuna Ermənistan hökuməti qəti şəkildə cavab verib ki, Türkiyədən heç bir humanitar yardım alınmayıb.

MAAŞDAN 2 DOLLAR YAMAN YER EDİB

Ermənistanda ölən və əlil olan əsgərlərə yardım üçün hər işləyəndən ayda 2 dollar tutulması təklifi böyük narazılıq doğurmaqda davam edir.

Aykakan Jamanak qəzeti yazır: Hakimiyyət ön cəbhədəki əsgərlərin ayda 1000 drama (2 dollar) möhtac olduğuna əmindir, ancaq hakimiyyət məmurların təmtətaqlı villalarını, təhlükəsiz zirehli maşınlarını görmək istəmir.

“Mənəvi borc” kimi işləyənlərdən ayda 1000 dram tutulmasına hec cür haqq qazandırmaq olmaz.

Əslində necə olmalıdır: İşləyənlər hər ay vergi verməlidir, bu vergilərdən də ağıllı, qənaətcil və şüurlu insanlar istifadə etməlidir.