Ermənistan parlamentinin qarşısında etiraz aksiyası keçirilib

Foto arxiv

Noyabrın 14-də Ermənistan parlamentinin qarşısında etiraz aksiyası keçirilib.

Aksiyaçılar həlak olmuş hərbçilər və əlil əsgər ailələri üçün sosial təminat fonduna hər ay məcburi 1000 dram (2 dollardan çox) tutulmasına etiraz bildiriblər.

Həmin vaxt parlamentdə qanun layihəsinə müvafiq düzəliş müzakirə olunurmuş.

“100 dəfə ayıbdır” təşəbbüsünün üzvü Artur Sakunts hesab edir ki, hakimiyyət əlavə camaatın cibinə girməməkdənsə , sadəcə korrupsiya ilə mübarizəni gücləndirməli və kölgədəki pulları üzə çıxarmaqla ordu üçün lazımi tədbirlər görməlidir.

Aksiyaçılar xəbərdarlıq edib ki, tələbləri yerinə yetirilməsə vətəndaş itaətsizliyi aksiyasına başlayacaqlar.