Bədxassəli qan xəstəliklərinə diqqət ayrılır

Qan analizi

Nazirlər Kabineti “2017-2021-ci illərdə qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə tədbirlər proqramı”nı təsdiq edib.

Proqramda məqsəd qanda bədxassəli xəstəliklərin diaqnostikasının və müalicəsinin müasir səviyyəyə çatdırılması, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılmasıdır.

Buna da bax:​ Xərçəng ildə 7 min adam aparır

Proqram dövlət büdcəsi hesabına maliyyələşdirilməlidir. Xəstəliyin diaqnostikası və müalicəsi, xəstələrin dərman preparatları ilə təminatını Səhiyyə Nazirliyi həyata keçirməlidir.

Proqramda qanda bədxassəli xəstəliklərinin diaqnostikası və müalicəsi üzrə mütəxəssislərin hazırlanması, əhalinin bu xəstəlik barədə maarifləndirilməsini nəzərdə tutur.

Buna da bax:​ Talassemiyalı xəstələrin sayı artır

Hazırda Azərbaycanda qanında bədxassəli xəstəliklərin aşkarlandığı 2500-dən çox insanın qeydiyyatda olduğu bildirilir. Rəsmi bilgilərdə onların 300-ə qədərinin uşaq olduğu deyilir.

Bu xəstələrin diaqnostikası və müalicəsi böyük maliyyə vəsaiti tələb edir. Bir çox hallarda vəsait olmadığından pasiyentlər xəstəliklə barışır və ölümünü gözləyir.