2016-cı ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinə 12 milyard 103,9 milyon manat vəsait daxil olub.
Büdcədən isə 12 milyard 468,2 milyon manat xərclənib.
Buna da bax: Büdcə kəsiri yarım milyarddan çox olub
Maliyyə Nazirliyinin məlumatına görə, büdcənin icrasında 364,3 milyon manatlıq kəsir yaranıb. Bu da ümumi daxili məhsulun (ÜDM) 0,7 faizinə bərabərdir.
Bu ilin 9 ayı ilə müqayisədə büdcə kəsiri 154,8 milyon manat azalıb.