Hüquq müdafiəçisi Ramil Usubova müraciət edib

Oqtay Gülalıyev

”Sabirabad polisində barəmdə başlanılmış cinayət işi üzrə icraata oktyabrın 20-də xitam verilib. Polisin nəzarəti altına vermə qətimkan tədbiri də ləğv olunub. Ancaq həmin müddətdən 1 aya yaxın vaxt keçməsinə baxmayaraq mənə qarşı təqiblər, hələ də, davam edir”.

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının koordinatoru, hüquq müdafiəçisi Oqtay Gülalıyevin daxili işlər naziri Ramil Usubova müraciətində belə deyilir.

Buna da bax:​ “Oqtay Gülalıyev prokurorluğu məhkəməyə verə bilər”

Hüquq müdafiəçisi bildirir ki, yaşadığı evi, bütün fəaliyyətini, hətta yazdığı yazıları polis orqanları qeyri-rəsmi izlənməkdədirlər.

“Tənqidi yazılarıma, mövqeyimə görə, mənə rəsmi və qeyri- rəsmi şəkildə xəbərdarlıqlar edilir. Bir neçə həftə əvvəl məni Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edərək orada mətbuatda və Facebook-da yazdığım yazılar, xüsusən də hüquq müdafiəçisi qismində “Nardaran işi” ilə əlaqədar həbs olunanları müdafiə etməyim müzakirə obyekti olub. İdarəsinin məsul şəxsləri yazılarımla bağlı narahatlıq ifadə ediblər və tənqidi yazılara son qoymağım, hər hansı fəaliyyət göstərməməyim tələb edilib”.

Hüquq müdafiəçisi əlavə edir ki, ölkədən çıxışına qoyulan qadağa götürülməyib, ona pasport da verilmir.

«“ASAN xidmət” mərkəzinə və digər qurumlara dəfələrlə etdiyim müraciətlərə baxmayaraq mənə pasport verilməkdən imtina edilib. Bildirilir ki, sizin ölkədən çıxışınız yasaqdır, sizə pasport verilməsi qanunla qadağan edilib», müraciətdə bildirilir.

Buna da bax:​ Oqtay Gülalıyev niyə cəzalandırıldı?

O.Gülalıyev R.Usubovdan üzləşdiyi hüquq pozuntularının aradan qaldırılmasını xahiş edib.

Oqtay Gülalıyev 2012-ci ilin aprelində Sabirabad rayonunda daşqınlardan zərərçəkənlərə kompensasiyaların ədalətli bölünməsi tələbi ilə keçən etirazlardan sonra həbs edilmişdi. Ona qarşı 3 ilədək həbs cəzasını nəzərdə tutan iğtişaşlara təhrik ittihamı irəli sürülmüşdü. Ancaq bir neçə aydan sonra Prezident Administrasiyasının müdaxiləsi ilə o, elə həmin il iyunun 13-də Sabirabad rayon məhkəməsinin qərarı ilə azad edilmişdi.

Oqtay Gülalıyev azadlığa buraxılsa da, onun işi bu yaxınlara qədər bağlanmamışdı.

Buna da bax:

Sizin brauzer HTML5-i dəstəkləmir

Əli Gülalıyev: Mənə hədə-qorxu gəldilər