Avropa Birliyi ölkələri ilkin olaraq Ukrayna ilə vizasız rejimi təsdiqləyib.
Belə ki, birliyə üzv ölkəlrin elçiləri noyabrın 17-də birliyin icraçı orqanı olan Avropa Şurasına viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqlar aparmaq mandatı verib.
Slovakiyalı səfir Peter Yavorçik bunu, noyabın 24-də keçiriləcək Avropa Birliyi-Ukrayna sammiti ərəfəsində müsbət siqnal adlandırıb.
Qeyd edək ki, Ukrayna ilə yanaşı digər keçmiş Sovet respublikası olan Gürcüstanda hazırda eyni mərhələdədir.
Söhbət bu 2 ölkə vətəndaşlarının Şengen razılaşması çərçivəsində Avropa Birliyi ölkələriniə vizasız səfərindən gedir.