ABŞ dövlət katibinin köməkçisi Bakıda

Bridget A.Brink

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 22-si səhər saatlarında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşavirinin müavini xanım Bridget Brink-i qəbul edib.

Bu barədə AZƏRTAC xəbər yayıb. Ancaq, hələlik, görüşün detalları açıqlanmır.

+++

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bridget Brink noyabrın 21-dən 22-nə keçən gecə Azərbaycana gəlib.

Bu barədə AzadlıqRadiosuna ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bridget Brink-in Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcəyi gözlənir.