Əmlak Məsələləri Dövlət Komitəsinin noyabrın 22-də keçirdiyi növbəti açıq hərracda 16 əmlak özəlləşdirilib. Bunun 2-si istifadəsiz qeyri-yaşayış sahəsi, 12-si kiçik dövlət müəssisəsi, 2-si də səhmdar cəmiyyəti olub. Hərraca ümumilikdə 78 dövlət əmlakı çıxarılıb.
Komitənin məlumatında qeyd edilir ki, hərrac nəticəsində 2.1 milyon manatdan çox vəsait dövlət büdcəsinə köçürüləcək. Növbəti belə hərrac noyabrın 29-da keçiriləcək. Həmin hərracda 98 dövlət əmlakı satışa çıxarılır.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov jurnalistlərə deyib ki, bu il 10-dan çox hərracda 500-dən artıq dövlət müəssisəsi və obyekti satışa çıxarılıb.