AmCham: ‘Qeyri-neft sektoruna vergi güzəşti edilməlidir’

İlham Əliyev Mingəçevirdə texnoloji parkın açılışını edir

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) “Ağ kitab”ın (Whitepaper) “Azərbaycanda biznes mühitin təkmilləşdirilməsi üzrə müşahidələr və tövsiyələr” adlı altıncı nəşrini təqdim edib.

Sənəddə hökumətə xarici investisiya cəlb etmək məqsədi ilə qeyri-neft sektoruna vergi güzəşti tövsiyəsi təqdim edilir.

Palata beynəlxalq təcrübə nəzərə alınmaqla qeyri-neft sənayesinin prioritet sahələri və biznes fəaliyyətindən ötrü vergi güzəşti tətbiqi və ya vergidən azad edilmə tövsiyə edir.

Buna da bax:​ AmCham prezidentin vergi sərəncamını alqışlayır

“Ağ kitab”da AmChamın gömrük, maliyyə, sığorta, informasiya texnologiyaları, əmək, miqrasiya, turizm və mühakimə üsulu ilə bağlı təklifləri əksini tapıb.

“AmCham” Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən aparıcı biznes assosiasiyası hesab olunur.

Buna da bax: Ərzaq bahalaşır, maaş və pensiyalar artmır

1996-cı ildə yaradılmış “AmCham” 280-dən çox üzvdən və Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan tərəfdaşlardan ibarətdir.

“AmCham” Azərbaycanda xarici investisiyaların 80 faizini, eləcə də yerli investisiyalarının əhəmiyyətli hissəsini təmsil edir.