“ABŞ Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir. Mövcud əməkdaşlığın inkişaf etdirilməsi zəruridir”.
Noyabrın 22-də xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşavirinin müavini xanım Bridget Brink belə deyib.
Görüş haqda məlumatı Azərbaycan xarici İşlər nazirliyi yayıb.
Buna da bax: Münaqişənin tam həllini dəstəkləyirik -ABŞ rəsmisi
Xəbərdə həmçinin qeyd edilir ki, O, prezident İlham Əliyevlə görüşdüyünü, çox faydalı müzakirələr aparıldığını bildirib.
B.Brink ABŞ hökumətinin Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyaya yardımını və terrorizmlə mübarizədə töhfəsini yüksək qiymətləndirdiyini də qeyd edib.
E.Məmmədyarov qonağa Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında geniş məlumat verib. Nazir münaqişə tərəfləri arasında status-kvonun qəbuledilməzliyini, ABŞ-ın münaqişənin həlli istiqamətində səylərini artırmasının vacibliyini vurğulayıb.
Buna da bax: “ABŞ əməkdaşlığın inkişafında maraqlıdı”
Görüş zamanı digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
B.Brinki səhər saatlarında ölkə başçısı İlham Əliyev də qəbul etmişdi.
Həmin görüşdə İ.Əliyevin ABŞ-ın yeni seçilən prezidenti D.Trump-la uğurlu əməkdaşlığa ümid etdiyini söylədiyi bildirilirdi.
Buna da bax: Azərbaycanın lobbiçilik səylərinin ABŞ əks-sədası
Xanım Bridget Brink noyabrın 21-dən 22-nə keçən gecə Azərbaycana gəlib.