Leyla Yunus Avroparlamentdə hakimiyyəti yıxıb-sürüdü

Leyla Yunus və Arif Yunus

Sülh və Demokratiya institunun rəhbəri Leyla Yunus və politoloq Arif Yunus noyabrın 28-də Avropa Paralamentinin insan haqları komitəsində çıxış ediblər.

Leyla Yunus çıxışına referendumdan başlayıb: “ bu il sentyabrın 26-da Azərbaycanda konstitusiyaya dyişikliklıər üzrə referendum keçirildi. Bu dəyişikliklər prezidentin mütləq hakimiyyətini möhkəmlədir. Bunlar hakimiyyəti orta əsrlərə oxşar monarxiyaya çatdırır. Və ümumiyyətlə, hakimiyyətin qanunverci, icraedici və məhkəmə hakimiyyətlərinə bölünməsini heçə endirir. Müşahidəçilərin dediyinə görə, referenduma səsverməyə seçicilərin 10 faizi gəlmişdi. MSK isə dedi ki, gələnlər 70 faizdir və dəyişikliklər qəbul olundu.”

"ONDA BİLƏRSƏN, MİTİNQƏ GETMƏK NƏDİR?"

“Referendum ərəfəsi həbslər və repressiyalar gücləndi. Azərbaycanda fundamental haqlar və azadlıqlar pozulur. Referendum qabağı mitinqlərə icazə verilsə də, toplaşma azadlığı yox idi. Müxalifətin 17 sentybar mitinqinə icazə verilsə də 40-adək adam saxlandı.”

“Xüsusilə gənclərə təzyiqlər var idi. Jurnalist Sevinc Vaqifqızının valideynləri polisə çağırıldı. Ona görə ki, qızları sentyabrın 17-də mitinqə getmişdi.Sahə müvəkkili polis ona açıq deyib ki, “anan polisə gəlməsə, biz bütün şöbə ilə evinizə gələcəyik. Onda başa düşərsən ki, mitinqə getmək nədir”

Leyla Yunus deyir: “Mən bu misalları ona görə çəkirəm ki, Azərbaycanda insanların hansı vəziyyətdə olduğunu başa düşəsiniz”.

"BÜTÜN TƏNQİDÇİLƏR XULİQANDIR"

Leyla Yunus daha sonra söz azadlığına keçir. “ 2015-2016-cı illərdə Azərbaycanda söz azadlığı ilə bağlı durum daha da pisləşdi. Bir sıra bloqqerlər və jurnalistlər azad olunsa da 9 jurnalist hələ də həbsdədir. Onlar həbsə söz demək hüquqndan istifadə etdikləri üçün atılıb.”

“Noyabrın 22-də azel.tv saytının redaktoru Əfqan Sadıqovu tutub, saxladılar. Onun saytı regionda yerli məmurların özbaşınalığından yazır. Redaktoru, əlbəttə ki, xuliqanlıqda ittiham etdilər.”

Leyla Yunus həbsxanadan çıxanda

“Şair-satirik Tofiq Həsənli 6 il həbs alıb. Narkotiklərin qanunsuz dövriyyəsi ittihamı ilə.”

“Hakimiyyətin bütün tənqidçiləri ya xuliqandır ya da narkomandır”.

“Azərbaycanda 75 yaşlı yazıçını Əkrəm Əylislini xuliqan elan ediblər”

“Jurnalist ölkədən gedibsə, onun qohumlarını tuturlar”.

Leyla Yunus deyir ki, “jurnalistin qohumları prezidentə məktub yazıb jurnalistdən imtina edirlər”. “37-ci ildir”.

Leyla Yunusun fikrincə, hakimiyyət qanunvericiliyi təkmilləşdirir ki, repressiyaları gücləndirə bilsin.

"İŞGƏNCƏDƏN İLDƏ 10-12 ADAM ÖLÜR"

“Ancaq rejimin ən dəhşətli silahlarından biri işgəncədir. Azərbaycanın götürdüyü beynəlxalq öhdəliyə görə, işgəncə verən cəzanmalıdır, ancaq indiyə kimi bir nəfər də olsun cəzalanmayıb”.

“Bizim Sülh və Demokratiya institutu 2005-ci ildən 2013-cü ilə monitorinq aparıb. Monitoqinqin nəticələrinə görə, həmin vaxt hər il Azərbaycanda istintaq vaxtı işgəncələrdən 10-12 nəfər ölür. Heç kim cəzalanmayıb”.

“2015-ci il noyabrın 26-da Nardaran hadisələri vaxt polis onlarla adam tutdu, tək bir gün ərzində polis tutulanların 4-nü ölənəcən döyb. Onların adı məlumdur. Bizə o polislərin də adı bəllidir. Onlar heç gizlənmirlər də”.

ARİF YUNUSA İŞGƏNCƏ

Leyla Yunus deyir ki, ancaq elə vaxt da olub ki, Avropa Parlamentinin qətnaməsi işgəncəni dayandırıb.

“Mənim ərim Arifə işgəncə verilirdi. O, MTN-nin xüsusi həbsxanasnda saxlanırdı, onu hər gecə zirzəmiyə düşürürdülər, qandalla tavandan asırdılar və döyürdülər. Zərbələri xüsusilə boynuna vururdular”.

“İndi bu işgəncələrin nəticələri göz qabağındadır. Onun ağrıları bəzən elə güclü olur ki,huşunu itirir. Hələ ki, həkimlər ona kömək edə bilmirlər. O hələ də əziyyət çəkir.”

“İşgəncələr 2 ay davam etdi və qəflətən dayandı. Səbəbi sonralar bilindi. Mən hökumət qəzetindən oxudum ki, Avropa parlamentinin qətnaməsi olub. Bu, çox yaxşı qətnamə idi. Hədələrlə müşayət olunurdu ki, sanskiyalar tətbiq oluna bilər. Orda işgəncə verilənlərin adı sadalanırdı, bizim adımız da var idi. İşgəncələr dayandı. Bu qətnaməyə görə çox sağ olun.”

KEÇMİŞ SOVET LİDERLƏRİ

“Hakimiyyət rəsmi olaraq bəyan edir ki, təzyiqlərdən qorxmur. Ancaq həqiqətdə təzyiqə reaksiya verirlər”.

“Azərbaycan hakimiyyətindəkilər keçmiş sovet liderləridir. Onlar yalnız gücü başa düşürlər. Onlar düşünürlər ki, Qərbdəki zəif siyasi xadimləriqorxutmaq olar, islam ekstremizmi və ya İlham Əliyevin Putinə rəğbəti kimi məsləslərlə və ya sadəcə olaraq satın almaq olar. Qara kürü diplomatiyası ilə.”

“Ancaq sərt reaksiya ilə üzləşəndə Azərbaycan hakimiyyəti daha adekvat olur”.

HAKİMƏ NƏ TƏLİM?

Leyla Yunus daha sonra Avropa Birliyinin Azərbaycandan olan hakimlərə təlim keçməsinə toxunub: “sizin Avropa vergi ödəyənlərinin pullarına heyfiniz gəlmirmi? Sizə aydın deyilmi ki, Azərbaycanda müstəqil hakim yoxdur?! Bir nəfər də olsun! Siz pulu nəyə qoyursnuz?”

“Mən 30 ildir məhkəmələrin monitorinqi ilə məşğulam. Sovet dövründən başlayaraq. Mən Azərbaycanda elə bir hakim tanımıram ki, hakim kimi işləsin və bu təlimlərin onun üçün hər hansı bir əhəmiyyəti olsun”.

“Siyasi məhbusun işini aparan hakim prezident administrasiyasından zəng gözləyir ki, neçə il versin. Onların özləri bunu açıq deyirlər. ”

“Mənim işimi aparan hakim mənə dedi ki, siyasi işləri görməyə gözü yoxdur, çünki bu işlərdən qazana bilmir”.

“Əvəzində başı ağrlyr”.

“Cinayət işləri olandakimdən pul alırsa, işi də onun xeyrinə həll edir. Fərqi yoxdur, pulu kim verir, iddiaçı yoxsa cavabdeh. Təki pul olsun”.

“Azərbaycanda məhkəmə sistemi belədir. Onu təlimlə düzəltmək olmaz”.

“Avropa Birliyi Şərq Təfdaşlığı etdiyi ölkədə real vəziyyətiu niyə öyrənmək istəmir?Siz niyə aşkar faktlara həmişə göz yumursunuz?”

160 SİYASİ MƏHBUS

Leyla Yunus deyir ki, onlar siyasi məhbusların yeni siyahısını hazırlayıblar. Burda 160 nəfər var. Bunların böyük əsəriyyəti dinc inancıl insanlardır - müsəlmanlardır – 105 nəfər.

“Tutulan jurnalistlər hakimiyyətin fikrincə, xuliqan və narkomandırsa, biz, insan haqları müdafiəçiləri casusuq, gizli iş adamıyıq. Sıravi inancıl adamları isəterrorizmdə ittiham edirlər. Bu adamlar, biz necə casusuqsa, onlar da elə terrorçudurlar”

“Sadə dindar insanları tutub, onlara işgəncə verməklə, onların arvadlarını və bacılarını zorlamaqla, süni şəkildə əhalinin radikalaşması siyasəti yeridir”

“Azərbaycanda Suriyadakı vəziyyət təkrarlana bilər”. “Diktaor rejimlərinin dəstəklənməsinə son qoymaq lazımdır”

AVROPA NƏ EDƏ BİLƏR?

“Soruşa bilərlər ki, biz nə edə bilərik. Siz çox şey edə bilərsiniz. Xırda, səmərəli addımlardan başlayın”.

“Azərbaycan hakimiyyətinə pul verməyin. Hakimiyyət konsertlərə, idman yarışlarına milyardlar səpələyir. Sonra beynəlxalq təşkilatlardan pul istəyir. Verməyin”

“İkincisi, konkret adamlara qarşı sanskiyalar”. “Bizdə onlarla jurnalist, insan haqları müdafiəçisi var ki, ölkədən çıxmaq onlara yasaqdır. Paqonlarda olan cinayətkarlar isə asanlıqla Şengen vizası alır”. “Paqonlu cinayətkarlara qarşı sanksiyalar tətbiq edin. Konkret olaraq, insanları tutan, işgəncə verənlərə qarşı, yuxarıların göstərişi ilə cinayət işlərini saxtalaşdıran müstəntiqlərə qarşı. Və əlbəttə ki, sifarişli qərar verən hakimlərə qarşı”

“Bu hakimlərə sanskiya vermək lazımdır, təlim keçmək yox”. “Onların şirkətlərinin Avropadakı hesablarını bağlamaq lazımdır. Onda onlar öz pullarını düşünəcəklər. Sanksiyalar zəruridir”

ARİF YUNUS :”İSLAM AMİLİ”

Politoloq Arif Yunus öz çıxışında islam amilinə toxunub. O deyib ki, “hakimiyyət öz ünvanına səslənən tənqidlərə cavabında islam amilini göstərir. Radikallar, terrorçular tərəfindən təhlükəni gstərir. Özünü sabitliyin və təhlükəsizliyin qarantı kimi təqdim edir. “

“Əslində dini vəziyyət necədir?”

“Azərbaycanda 10 milyon əhali var, bunun 96 faizi müsəlmandır. 1500 dini icma var. Onlardan yalnız 34-ü qeyri-müsəlmandır.

Arif Yunus

2 mindən çox məscid var, onlardan mini fəaliyyət göstərmir. Azərbaycanda dini praktikaya əməl edənlər hazırda 20 faizdir. 25 il əvvəl onlar 1 faiz idi.

Müsəlmanların 65-70 faizi şiələrdir. Onlar arasında aparıcı rolu İslam partiyası və müslmanların birliyi hərəkatı oynayır. Onların da hər ikisinin rəhbəri həbsdədir”

Arif Yunus daha sonra deyir ki, “Azərbaycanda müsəlmanların qalan 30-35 faizi sünnidir, onların da iki mərkəzi var- biri Fətullah Güləndir, digəri sələfilərdir və ya vahabilərdir.Gülən tərəfdarlarının Azərbaycanda sayı heç vaxt 10 mindən artıq olmayıb. Sələfilərin sayı 35-40 mindir. Gülən tərəfdarları hakimiyyətə loyaldır. Sələfilər də iki yerə bölünür: onların böyük əksəriyyəti siyasətdən uzaqdır və hakimiyyətə loyaldır və yalnız bir neçə yüz adamınradikal baxışları var. Onlar da Azərbaycanı tərk ediblər, indi Suriyada, Əfqanıstanda vuruşurlar".

SİYASİ İSLAM?

Arif Yunus deyir ki,“Azərbaycanda müsəlmanlar parçalanıb, onların xarizmatik lideri yoxdur. Bütün bunlar Azərbaycanda siyasi islam yolunda ciddi əngəldir”.

“Ona görə də Azərbaycanı Yaxın Şərqin müsəlman ölkələri ilə yanaşı qoymaq olmaz. Böyük fərq var. Bu gün Azərbaycanda islam inqilabından danışmaq real deyil.”

“Ancaq islam amili Azərbaycan hakimiyyətinin öz hərəkətlərinə Qərbin gözündə bəraət qazandırması üçün istifadə olunur.Hakim rejim Qərbi islam amili , Azərbaycanda islam terrorizmi təhlükəsi ilə qorxutmağa çalışır. Bununla da özünün demokratik islahat aparmamağına haqq qazandırır.”

“2007-ci ildən, Azərbaycanda dünyəvi müxalifət tamamilə dağıdılandan sonra , qondarma ittihamlarla dindarlar arasında kütləvi həbslər artıb. İndi onlar ön cərgəyə çıxıblar. Halbuki bu dindarların heç bir gizli planı-zad yoxdur. Onların belə həbsi Azərbaycanda adi praktikadır.”

“Biz məhkəmələrin monitorinqini aparırıq, ancaq dindarların məhkəmələri qapalı keçirilir.Ona görə onların məhkəməsindən ətraflı məlumat almaq çətindir. 2004-2014-cü illər arası 570 dindar tutulmuşdu, onlardan yalnız 256-sı haqda ətraflı məlumatımız var. Bu 256 adamın hamısı casusluq, terrorizm kimi ittihamlarla məhkum olunub, bizim monitorinq isə göstərirki, onlardan yalnız 33-ü həmin ittihamlarlagünahkar sayıla bilər. Bu da cəmi 13 faizdir. Qalan 87 faiz hakimiyyətin repressiv siyasətinin qurbanlarıdır”