Vergilər Nazirliyi 220 şirkəti məhkəməyə verib.
Nazirlik bildirir ki, məhkəməyə verilən şirkətlər 2016-cı ilin yanvar-oktyabr ayları üzrə vergi borclarını dövlət büdcəsinə ödəməkdən yayınıblar.
Nazirlik şirkətlər, eləcə də 13 fiziki şəxs barəsində cinayət işlərinin açıldığını bildirib.
Buna da bax: Vergilər nazirliyi ‘Akkord’da: ‘Borcları vermək zamanıdır’
Onların borcları 20 min manatdan çox olduğundan barələrində cinayət işi açılıb. Həmin vergi ödəyicilərinin sırasında tikinti şirkətləri və kəndli-fermer təsərrüfatları üstünlük təşkil edir.
Nazirlik məhkəməyə verilən vergi ödəyicilərinin tam siyahısını yayıb.
Həmin şirkətlər, hələlik, ittiham olunduqları məsələ ilə bağlı ictimaiyyətə açıqlama yaymayıblar.
Buna da bax: Vergi borcları aşıb-daşır